"Atletiko Madrid"in qapıçısı Yan Oblak UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "İnter" üzərində qələbədən danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti sloveniyalı qolkiperin dediklərini belə çatdırıb:
“Penaltilər seriyasında bəzən şans rol oynayır. Çünki qapıçı kimi sən zərbədən sonra topun hara gedəcəyini təxmin edə bilməlisən. Onu dəf etmək lazımdır. Amma rəqibin onu mükəmməl vursa, topu geri qaytarmaq mümkün olmayacaq. Şadam ki, komandanı iki dəfə xilas edə bildim. Ən əsası qələbə və 1/4 finala yüksəlməkdir”.
İtaliyadakı ilk matçda 0:1 uduzan "Atletiko" cavab görüşündə 2:1 hesabı ilə qalib gəlib. Penaltilər seriyasında isə madridlilər daha dəqiq olub – 3:2.
Mirağa