01:45 14.08.2024 1869

Qurban Qurbanov 7:2-ni belə şərh etdi

“Öncə futbolçuları təbrik edirəm. Oyunun gedişatından həzz alırdım. Bakıda da “Ludoqorets”in oyun üslubunu görmüşdük. Bizə xoş olmayan oyun tərzləri var idi. Bunun qarşısını almalıydıq”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”ə qarşı keçirilən səfər matçı barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis komandasının 7:2 hesablı qələbəsini belə şərh edib: 

“Startda hesabı açsaq da, sonra demək olar ki, heç nədən qapımızda standart vəziyyətdən iki qol gördük. Bəlkə də rəqibin ən üstün cəhəti olan əks hücumlarda bir qədər diqqətsiz olduq. Amma get-gedə oyunu ələ almağı bacardıq. Matçdan əvvəl də futbolçularla söhbətimiz olmuşdu ki, sona qədər soyuqqanlı və oyunun içində olmaq çox vacibdir.

Bakıdakı məğlubiyyətdən sonra da futbolçularıma fikrimi bildirmişdim ki, belə oyunlardan biz çox keçmişik. Vacib, gərgin oyunlar olub, rəqibin təzyiqinə dözmüşük. Hətta bildirmişdim ki, ola bilər bugünkü matçda 120 dəqiqə dözmək lazım gələcək. Bunu bacarmalıyıq, psixoloji cəhətdən hazır olmalıyıq.

Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Qalibiyyət öz yerində, amma ümumən bu cür oyunlar futbolçularımızı böyüdür, klub olaraq böyüyürük, daha xarakterli oluruq. Futbol daha da sevilir. Əsas da azarkeşlərdə adrenalin görəndə buna şad oluram. Bu gün sanki bir triller idi. Bu, mənim “Qarabağ”ım idi, Azərbaycanın “Qarabağ”ı idi”.

Qurbanov Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları Zaqreb “Dinamo”su haqda geniş məlumata malik olmadığını söyləyib: 

“Çünki bütün fikrimiz bu matçda idi. Məlum məsələdir ki, rəqib çox böyük təcrübəyə malikdir. Onları yaxından tanımaq üçün vaxtımız olacaq. Mərhələ keçdikcə daha ciddi, daha təcrübəli, daha dinamik, daha güclü rəqiblə üz-üzə gəlirsən. Buna hazır olmalıyıq. Bu oyunun sevincini tez bir zamanda klub olaraq yaddan çıxartmalıyıq. Qarşıdakı günlərdə matça hazır olmalıyıq. Pley-off təcrübəmiz var. Artıq üçüncü dəfədir bu mərhələyə yüksəlirik. 

Zədəlilərimiz bizə problem yaşada bilər. Belə matçlarda rotasiya etmək çox vacibdir. İnanıram ki, futbolçularım “Dinamo” ilə matça kimi hazır olacaqlar. Çox istərdim bu kollektiv ÇL-in qrupunda oynasın. Çünki çox əziyyət çəkən kollektivdir. Azarkeşlərimiz də qrup mərhələsini arzulayır. Amma bura qədər də böyük iş görmüşük. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Onlar hər zaman bizə inanıblar, güvəniblər. Soyuq başla hazırlaşmalıyıq. Rəqibi daha yaxşı analiz etməliyik. Qarşımızda böyük futbol ölkəsinin təmsilçisi var”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 İyul 2025
12:59

"Neftçi" Polşada ilk sınaq matçına çıxır

12:41

Kamal Quliyev çempionun 3 futbolçusunu komandasına cəlb etdi

12:22

Premyer Liqa hakimləri üçün VAR kursları keçirilir

12:04

KL: Birinci mərhələyə yekun vurulur

11:45

Bombardir "Şəmkir"dən pulunu ala bilmir: "AFFA-ya şikayət edəcəm"

11:26

Kanalda batan Dəniz ölkə çempionu imiş - FOTO

11:08

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:50

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində medal qazandı

10:32

Levandovskinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi

10:13

"Belqrad"a keçəcəyi gözlənilən qapıçı "İmişli"də? - AÇIQLAMA

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

Neymarın ilk qolu 3 xal qazandırdı, sabiq "Qarabağ"lı sonda yada düşdü

09:00

AL: "Sabah" Sloveniyadan 2-ci mərhələyə, yoxsa Konfrans Liqasına yollanacaq?

00:50

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

16 İyul 2025
23:40

"Sabah"ın baş məşqçisi: "Sele" üzərində mütləq qələbə qazanmalıyıq"

23:31

İsveçli hücumçu "Beşiktaş"ın təklifini rədd edib

23:10

"Neftçi" 2025/26 mövsümünün ev formasını təqdim edib

22:55

KL: İkinci mərhələyə adlayan ilk komandanın adına aydınlıq gəlib

22:18

"Fənərbağça" Livakoviçə əvəzləyici tapıb

21:38

Argentina millisinin ulduzu Messi ilə komanda yoldaşı olacaq

21:10

"Beşiktaş"da daha iki ayrılıq

20:45

"Sumqayıt" heyətini madaqaskarlı hücumçu ilə gücləndirib - RƏSMİ

20:37

"Bornmut" 177 milyon avro qazana bilər

20:11

"Fənərbağça" bu futbolçuların transferindən 65 milyon avro hədəfləyir

19:40

"Zirə" Türkiyədəki növbəti yoxlama matçında qələbə qazanıb

19:03

"Fənərbağça"da legioner problemi

18:41

Morata Türkiyədən getmək istəyir

18:15

"Sabah"a 2 qol vuran futbolçu cavab matçından öncə belə danışdı

17:50

"Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi" - "Qəbələ"nin yarımmüdafiəçisi

17:33

Slutski Çin klubu ilə müqavilə yenilədi

17:15

"İlk matçdan sonra belə bir hiss yarandı ki..." - Albert Riera

16:55

Klublararası DÇ-də 1 milyard dollar necə bölünüb? - Qupda qalan 1/8 finalçıdan çox qazanıb

16:19

"Şəfa" I Liqada ev oyunlarını bu stadionda keçirəcək - Təmir işləri başlayır

16:01

"Karvan" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

15:42

"Deməzdim ki, "Sele" "Sabah"dan bir baş üstündür" - Ağasəlim Mircavadov

15:23

"Qarabağ" qrupdakı son oyununda uduzdu

15:05

"Real Madrid"lə 23 titul qazanan futbolçu getdi - RƏSMİ

14:47

"Neftçi"nin sabiq yarımmüdafiəçisi "Mingəçevir"də

14:29

"Sabah" mərhələni keçə bilməyəcək" - Vladislav Qədirov

14:10

"Neftçi"nin sabiq futbolçusu yeni mövsümə "Ordu"da başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X