Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, cavab oyunları çərçivəsində son 4 matç baş tutub.
Bu görüşlərdən sonra Liqa mərhələsinə son vəsiqələrin sahibləri müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ” da 36 ən güclü sırasına düşmək üçün mübarizə aparıb. Komandamız hər iki oyunda "Dinamo"ya uduzub.
"Srvena Zvezda", "Lill" və "Slovan" mərhələ adlayıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
28 avqust
“Qarabağ” – “Dinamo Zaqrüb (Xorvatiya) 0:2
Qollar: Pyaça, 32. Silva, 53-öz qapısına.
İlk oyun – 0:3
“Srvena Zvezda” (Serbiya) – “Budyo Qlimt” (Norveç) 2:0
Qollar: Duarte, 29. Spaiç, 56.
İlk oyun – 1:2
“Slaviya” (Çexiya) – “Lill” (Fransa) 2:1
Qollar: Zafeyris, 5. Şrants, 84 - Jeqrova, 76.
İlk oyun – 0:2
"Slovan" (Slovakiya) – “Midtyullan” (Danimarka) 3:2
Qollar: Toliç, 33, 82. Barseqyan, 87 - Simqir, 41. Frankulino, 50
İlk oyun – 1:1