Azərbaycanın daha bir fiqurlu konkisürəni Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, qadınların şəxsi yarışında çıxış edən Yekaterina Ryabova qısa proqramda 65,47 bal toplayaraq 7-ci yeri tutub. O, daha sonra sərbəst proqramda çıxış edəcək.
Qeyd edək ki, Avropa çempiontında Azərbaycan konkisürənlərindən daha əvvəl Vladimir Litvintsev kişilərin şəxsi yarışında 7-ci olub. Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti isə cütlüklərin yarışında mübarizə aparacaq.