Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramının püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan idmançısı Vladimir Litvintsevin də buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub. O, fevralın 8-də Bakı vaxtı ilə saat 5:22-də başlayacaq yarışa qatılacaq.
Qısa proqramda 30 idmançı 5 qrupda buz üzərinə çıxacaq.
V.Litvintsev adətən zəiflərin yer aldığı 1-ci “altılıq”da bacarığını göstərəcək. O, sonuncu – 6-cı çıxış edəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi də buz üzərinə çıxacaqlar.
Qeyd edək ki, kişi fiqurlu konkisürənlərin sərbəst proqramı fevralın 10-da baş tutacaq.
Sahib