Bu gün Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxış edəcək.
Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək yarışda sərbəst proqramda məharətini göstərməyə çalışacaq.
Ryabova buz üzərinə 10-cu çıxacaq. Konkisürən qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Qalib hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan kişi fiqurlu konkisürənimiz Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.
Sahib