Fransada keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, Monpelye şəhərində təşkil olunacaq mundialda 4 idmançımız iştirak edəcək.
Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların fərdi mübarizəsinə qatılacaq. Buz üzərində rəqslərdə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti çıxış edəcək.
Dünya çempionatı 21-27 mart tarixlərində keçiriləcək.