Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında 9-cu olub.
Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramdakı. çıxışına görə 122,98 xala layiq görülüb.
Daha əvvəl qısa proqramda 65,52 xal toplayan konkisürən iki çıxışın yekununda 188,50 xalla kifayətlənib və 9-cu yeri tutub.
Qeyd edək ki, bu gün Vladimir Litvintsev sərbəst proqramda mübarizə aparacaq.