Azərbaycan fiqurlu konkisürənləri Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışlarını başa vurublar.
Fanat.Az xəbər verir ki, milli üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib.
O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yerə sahib olmuşdu.
Xatırladaq ki, Azərbaycanı dünya çempionatında 4 fiqurlu konkisürən - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskidən ibarət cütlük təmsil edib. Ryabova qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerdə qərar tutub.
Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.
Dünya çempionatına bu gün yekun vurulacaq.