"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu, “Red Bull” komandasının pilotu Maks Ferstappendir.
Niderlandlı sürücü cari mövsüm 13-cü dəfə yarışı birinci yerdə başa vurub. “McLaren”in sürücüləri Lando Norris və Oskar Piastri növbəti yerlərdə qərarlaşıblar.
"Red Bull" komandası sona 6 turnir qalmış Konstruktorlar Kubokunda çempionluğu rəsmiləşdirib.