"Mercedes" komandasında çıxış edən "Formula 1" pilotu Lüis Hemilton Azərbaycan Qran-Prisindən sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, yeddiqat dünya çempionu "Sky Sports"a danışıb:
"Ağrı və adrenalindən dişlərimi bir-birinə sıxmışdım. Dua edirdim ki, yarış tez yekunlaşsın. Hə, ağrıları sözlə ifadə etmək çətindir. Amma ümumilikdə yaxşı vəziyyətdəyik. 3 və 4-cü yeri tutmaq komanda üçün əla nəticə sayılır".
Qeyd edək ki, Hemilton Bakıdakı yarışda 4-cü olub. Onun komanda yoldaşı Corc Rassell üçüncü yeri tutub.