11:47 03.06.2020 1478

Azərbaycanın millisinin sabiq üzvü Avropadan vətənə qayıda bilmir - FOTOLAR

Çinin Vuhan şəhərində baş qaldırmış və bütün planeti saran Covid-19 virusun törətdiyi pandemiya ucbatından dünyanın müxtəlif ölkələrinə hər hansı bir səbəblə gedib, qayıda bilməyən minlərlə soydaşımız var. Bəziləri ölkənin təşkil etdiyi çarter reysləri ilə vətənə qayıda bilsə də, bəzi vətəndaşlarımız hələ də xarici ölkələrdə müvəqqəti olaraq məskunlaşıblar. Avropadan qayıda bilməyən vətəndaşlarımızın içində Respublikada və  bir çox Beynəlxalq yarışlarda qalib olub, dəfələrlə Azərbaycanın üç rəngli bayrağını dalğalandıran, Cüdo və Kempo - Ryu idman növü üzrə təlimatçı, birinci dan qara kəmər sahibi Şirinov Məhəmməd İsmayıl oğlu da yer alır. Mart ayının 13-də Budapeştə, oradan isə Avstriyanın Salzburq şəhərinə yola düşən idmançımız sərhədlər bağlandığı üçün qayıda bilməyib, dahi bəstəkar Motsardın şəhərində müvəqqəti qonaq kimi qalıb. Vəziyyətinin necə olduğu ilə bağlı məlumat almaq üçün idmançımızla əlaqə saxladıq: 

"Qaldığım oteldən məni çıxartdılar"

- Məhəmməd bəy, hazırda harada məskunlaşmısınız? 
- Salzburg şəhərinə gəldiyim günün səhəri qaldığım otelin rəhbərliyi məni burada daha qonaq edə bilməyəcəyini deyib, oteli tərk etməmi xahiş etdi.  Nə edəcəyimi bilmədiyim bir ərəfədə sosial şəbəkədə anidən bu şəhərdə yaşayan, xeyriyyəçi bir idmançımızın pandemiya səbəbindən Avstriyada qalan vətəndaşlarımıza sahib çıxıb, yemək və qalacaq yerlə təmin etmək məqsədilə çağırış videosunu izlədim.  Mən Fərid Əzizov adlı idmançımızı həmin an tanıdım. Çünki hər ikimiz də onunla Azərbaycanda Kempo - Ryu idman növü üzrə yığma komandanın keçmiş üzvü olmuşuq. Artıq 3 aya yaxındır ki, Fərid bəyin evində qonağam. Mənə və burada qalan bütün həmvətənlilərimizə öz yardım əlini uzadıb. Yoldaşı Əfsanə xanım hər gün Azərbaycanın milli mətbəxindən ləziz təamlardan ibarət süfrə açaraq, bizləri özümüzü qəriblikdə hiss etməyə imkan vermir. 

"İşlərimə "online" şəkildə davam edirəm"

- Qeyd etdiyiniz kimi artıq 3 aya yaxındır ki, Avropadasınız. Azərbaycandakı işləriniz nə yerdədi? Harada çalışırsınız və işlərinizə nəzarət edə bilirsinizmi?
- Sumqayı şəhərində yerləşən "PSP” - Polimer Sənaye Parkında  "inzibati təhlükəsizlik deportamentinin direktoru”  vəzifəsində çalışıram. İşlərimə online şəkildə davam edirəm və internet vasitəsi ilə işçilərimə təlimatlarımı çatdırıram. Təbii ki, əmək haqqımı da vaxtlı-vaxtında alıram. Ailəliyəm, iki oğul atasıyam. Hər gün bir neçə dəfə ailəmlə görüntülü danışır, övladımın dərslərinin gedişatı, təlim-tərbiyyəsi və məşqləri ilə də maraqlanıram.

"İki idmançı bir araya gələrək, soydaşlarımıza dəstək oldular"

- Bütün əyləncə yerlərinin, ticarət və iaşə obyektlərinin qapalı olduğu bir vaxtda orada darıxmamaq üçün nə edirsiniz? 
- Fərid Əzizovun başçılığı, sosial məsafəni və karantin qaydalarını qorumaq şərti ilə həmvətənlilərimiz ilə görüşüb, həyatının gənc çağında ailəsindən uzaq qalmış, qəriblikdə olan tələbələrə və ehtiyacı olan azərbaycanlılara mütəmadi olaraq, yardımlar edib, soydaşlarımızı daim diqqətdə saxlayırıq. 
Azərbaycanın Avstriyadakı səfirliyinin və Fərid bəyin rəhbərliyi ilə Salzburg şəhərində istifadəyə veriləcək "Azərbaycan evi”nin hazırlıq işləri ilə maraqlanır, açılışına birlikdə hazırlaşırıq. Bu arada, Azərbaycan diasporasına, başda Fuad Muradova və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilova burada qalan vətəndaşlarımızın səhhəti və qidalanması ilə tez-tez maraqlandığı üçün xüsusi təşəkkürümü bildirirəm.  Qeyd edim ki, dünyanın bu çətin günlərində bizləri bir anlıq belə olsun yalnız buraxmadılar.  

"Düşünürəm, tez bir zamanda Prezidentimiz Ali baş komandan İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında həmişə qabaqcıl tədbirləri ilə seçilən dövlətimiz bu ağır günləri də geridə qoyub, tez bir zamanda vətəndaşlarını dünyanın bütün bölgələrindən uğurla vətənə qaytaracaq”.  
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X