12:55 18.08.2021 3854

General Firdovsi Umudovu təltif etdi - Hərbi xidmətlərinə görə

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, "Şöhrət" ordenli Əməkdar məşqçi, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən “Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalla təltif edilib.

Fanat.Az xəbər verir ki, bu barədə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev öz “Instagram” hesabında paylaşım edib. 

Məşhur idmançı F.Umudovu bu münasibətlə təbrik edib: “Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci il dönümüdür. Göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Bundan əlavə olaraq mənim bütün nailiyyətlərimdə əvəzsiz əziyyətlərinə görə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi Firdovsi Umudova da minnətdaram. DSX rəisi, general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən F.Umudov “Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalla təltif olundu. Bu uğur münasibətilə təbrik edir, ən ali orden və medallara layiq olmasını arzulayıram”.

Qeyd edək ki, F.Umudov 1993-2005-ci illərdə Azərbaycan sərbəst güləş millisinin heyətində dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi, Avropa çempionatının bürünc mükafatçısı, tələbələr arasında dünya çempionatının gümüş mükafatçısı, Dünya kubokunun qalibi olub. 2005-2008-ci illərdə yeniyetmələrdən ibarət güləş yığmasının məşqşisi və baş məşqçisi olub. 2008-2016-cı illərdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi olaraq çalışıb.

2009,2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı baş məşqçisi seçilib. 2016-2018-ci illərdə Azərbaycan güləş yığmasının baş məşqçisi olub. 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.

Beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Asossisasiyasının üzvüdür.

Onun rəhbərliyi altında güləşçilərimiz dünya və Avropa çempionatları, Olimpiya Oyunları və Dünya Kuboku yarışlarında dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Prezidentin müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

2002-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşıdır, polkovnik-leytenantdır. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisidir. 2017-ci ildə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə medalı” ilə, həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən xidmətlərinə görə digər medallarla təltif edilib.

Qeyd edək ki, sərbəst güləş üzrə dünyanın ən yaxşı məşqçisi seçilmiş yeganə azərbaycanlı mütəxəssis olan Firdovsi Umudov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı digər sərhədçilər kimi öz vəzifə borcunu şərəflə yerinə yetirib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X