Qış fasiləsində 80 milyon avroya "Fiorentina"dan "Yuventus"a transfer olan Duşan Vlahoviç bugünlərdə yenə İtaliyanın bir nömrəli mövzusudur.
Fanat.Az xəbər verir ki, serbiyalı hücumçu indi də oyunlarına görə yox, şəxsi həyatına görə diqqət mərkəzindədir.
İtaliya mətbuatı Vlahoviçin 2019-cu ildə İtaliya gözəli seçilən Karolina Stramare ilə münasibətdə olduğunu açıqlayıb.
Pərəstişkarları tərəfindən "İtalyan Meqan Foksu" adlandırılan modelin bir neçə gün əvvəl 23 yaşı tamam olub və aldığı hədiyyələr arasında yeni yolsuzluq avtomobili də var. Ancaq hədiyyəni göndərən səxavətli şəxsin adı bəlli deyil. İtaliya mətbuatı həmin şəxsin məhz Vlahoviç olduğunu iddia edir.