
Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Kubokunun yarımfinal mərhələsinin ilk oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı mütəxəssis matçla bağlı UEFA-nın mətbuat xidmətinə danışıb:
"Portuqaliya əla oyunçuları olan çox yaxşı komandadır. Aydındır ki, onlar 1/4 finalda Danimarkaya qarşı çətin oyun keçirdilər. Onlar açıq-aşkar favorit idilər, lakin gözlənildiyi kimi olmadı, asan keçmədi. Portuqaliyanın çoxlu ulduz oyunçuları olduğu kimi, çox yaxşı məşqçisi var. Bir sözlə, çətin oyun olacaq".
Almaniya - Portuqaliya görüş bu gün, aprelin 4-də Münhendə baş tutacaq.