
"Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki,bu, İrlandiya təmsilçisi “Şelburn”dur.
I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
16 iyul
Linfild (Şimali İrlandiya) – Şelburn (İrlandiya) 1:1
İlk oyun – 0:1
Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) – 2:2
İlk oyun – 0:1