
Türkiyənin nəhəng klubu "Fənərbağça" , gələcək üçün qurduğu strategiya çərçivəsində gənc və perspektivli futbolçuları heyətinə qatmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, klubun skautları hazırda Seneqalın “Génération Foot” akademiyasında çıxış edən 16 yaşlı Sory Sov ilə yaxından maraqlanır.
Bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.
“Génération Foot”, Sadio Mane kimi dünya səviyyəli futbolçuların yetişdiyi akademiya kimi tanınır. Sov da bu akademiyanın son illərdə yetişdirdiyi ən ümidverici hücumçulardan hesab olunur.
Qeyd edək ki, Sov ilə yalnız "Fenerbağça" deyil, Fransa və Belçika klublarının da maraqlandığı bildirilir.
Kamil Xudiyev