
"Fənərbğça" yay transfer pəncərəsində heyətini gücləndirmək istiqamətində ciddi addımlar atmağa davam edir
Fanat.Az xəbər verir ki, klub Portuqaliyanın “Porto” komandasının yarımmüdafiəçisi Pepe ilə yaxından maraqlanır və onun üçün 30 milyon avro dəyərində təklif hazırlayıb.
Bu barədə məlumatı "TrasferFeed" yayıb.
Baş məşqçi Joze Maurinyu, Pepenin komandaya liderlik və oyun dinamizmi qatacağına inanır.
Qeyd edək ki, Pepenin xidmətində yalnız "Fənərbağça" deyil, İngiltərə Premyer Liqasından "Fulhem", "Aston Villa" və "Notingem Forest" kimi klublar da maraqlıdır.
Kamil Xudiyev