“Qalatasaray” klubu nigeriyalı ulduz futbolçu Viktor Osimhenlə bağlı transfer məsələsində mühüm irəliləyiş əldə edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi, 25 yaşlı hücumçu ilə yeni 4 illik müqavilə imzalayacaq.
Bu barədə məlumatı şəxsi "X" hesabı üzərindən Fabritsio Romano yayıb.
Transferin detalları isə olduqca diqqətçəkicidir.
- Klub bu transfer üçün 40 milyon avro ödəniş həyata keçirəcək;
- 2026-cı ilə qədər əlavə 35 milyon avro ödənəcək;
- 5 milyon avro dəyərində bonusu nəzərdə tutulub;
- Futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 10%-i əvvəlki klubuna veriləcək;
- Müqavilədə Osimhenin ilk 2 il ərzində İtaliya klublarına keçməsinə maneə olan xüsusi bənd yer alıb;
- 4 illik müqaviləyə əsasən illik maaşı 21 milyon avro təşkil edəcək, bunun 16 milyon avrosu “Qalatasaray”ın büdcəsindən qarşılanacaq.
Qeyd edək ki, bu razılaşma ilə “Qalatasaray” transfer bazarında iddialı mövqeyini bir daha nümayiş etdirib.
Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol