
Türkiyə Super Liqasında çıxış edən "Qalatasaray" klubunun kolumbiyalı müdafiəçisi Karlos Kuesta, Avropanın tanınmış klublarından biri olan "Feyenord"un transfer hədəfinə düşüb.
Fanat.Az xəbər verir ki, tanınmış türkiyəli idman jurnalisti Nevzat Dindarın verdiyi xəbərə əsasən, iki klub arasında ilkin danışıqlara start verilib. Hazırda transferin detalları müzakirə olunur.
Karlos Kuesta 2023/24 mövsümündən "Qalatasaray"ın əsas heyətində sabit çıxış edərək həm müdafiədəki oyunu, həm də fiziki hazırlığı ilə diqqət çəkib. Gənc yaşda olmasına baxmayaraq, müdafiə xəttinin aparıcı simalarından biri hesab olunur.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilib.
Kamil Xudiyev