
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Beşiktaş", müdafiə xəttinə gücləndirmə etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə diqqətini İngiltərə Çempionşip təmsilçisi "Koventri Siti"nin formasını geyinən Milan van Eveykə yönəldib.
Məlumatı tanınmış jurnalist Ertan Süzgün paylaşıb. Onun verdiyi xəbərə görə, "Beşiktaş" rəhbərliyi sağ cinah müdafiəçisi olan futbolçunu transfer siyahısına daxil edib və oyunçunun vəziyyəti yaxından izlənilir.
"Koventri Siti" rəhbərliyi futbolçu üçün tələb olunan təxmini transfer məbləğini də müəyyənləşdirib. Jurnalist Ertan Süzgün bildirir ki, klub futbolçu üçün 10–12 milyon avro arası bir rəqəm tələb edir.
Qeyd edək ki, "Beşiktaş"ın bu transferi reallaşdırıb-reallaşdırmayacağı isə yaxın günlərdə aydın olacaq.
Kamil Xudiyev