
Sağ cinah müdafiəçisi Emerson Royal vətəninə qayıdıb.
Fanat.Az xəbər verir ki, braziliyalı "Milan"ı "Flamenqo"ya dəyişib.
Məlumatı Rio de Janeyro klubunun mətbuat xidməti yayıb. 26 yaşlı futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin sonuna kimi nəzərdə tutulub.
Emerson Royal "Milan"da cəmi bir mövsüm keçirib. Keçən yay "rossoneri" onu Londonun "Tottenhem" klubundan 15 milyon avroya alıb. "Transfermarkt"-ın məlumatına görə, "Flamenqo" müdafiəçi üçün 9 milyon avro ödəyib.
Emerson "Milan"ın heyətində bütün yarışlarda qol vurmadan 26 oyun keçirib. “Flamenqo” Braziliya A Seriyasının turnir cədvəlində ikinci yerdədir. "Qarabağ"ın sabiq hücumçusu Juninyonun da heyətində olduğu "Flamenqo" lider “Kruzeyro”dan cəmi bir xal geri qalır.
Mirağa