16:33 31.07.2025 4915

Azərbaycan komandaları üçün uğursuz rəqib - "Şkendiya"nı yaxından tanıyaq

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk sınağı çətinlik çəkmədən adladı. Qurban Qurbanovun komandası İrlandiya "Şelburn"unu hər iki görüşdə üstələdi, iki qarşılaşmada rəqibi 4 dəfə məyus edib qapısını toxunulmaz saxladı. Ağdamlılar üçüncü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gələcək. 

Fanat.Az rəqib komanda barədə vacib məlumatları təqdim edir: 

"Qarabağ"dan 134 pillə geridə olan "Şkendiya"

Tetovo şəhərini təmsil edən komanda 1979-cu ildə təsis olunub. 46 yaşlı klubun əsas rəngləri qara-qırmızıdır. “Şkendiya” ev oyunlarını 15 min tamaşaçı tutumuna malik "Ekoloq Arena"da keçirir. 

UEFA-nın klub reytinqində 203-cü pillədə qərarlaşan ("Qarabağ" hazırda 69-cu yerdədir) komandanı 43 yaşlı albaniyalı mütəxəssis Jeton Beqiri çalışdırır. O, 2024-cü ilin yanvarından "Şkendiya"ya rəhbərlik edir.



5 dəfə Şimali Makedoniya çempionu (2010/11, 2017/18, 2018/19, 2020/21, 2024/25) və 2 dəfə ölkə kubokuna (2015/16, 2017/18) sahib olan tetovolular ötən mövsümü 33 oyunda 20 qələbə, 10 heç-heçə və 3 məğlubiyyətlik nəticə ilə zirvədə başa vurub və ən yaxın izləyicisini - "Qarabağ"ın digər keçmiş rəqibi "Sileks"i 3 xal qabaqlayıb.
Komandanın 37 yaşlı hücumçusu Besart İbraimi 15 qolla çempionatın şərikli bombardiri olub. İbraimi 2009-2022-ci illər aralığında Şimali Makedoniya millisində 17 oyunda meydana çıxsa da, fərqlənə bilməyib. Yeri gəlmişkən, çempion olmasına rəğmən, son bir ildə “Şkendiya”nın heyətindən Şimali Makedoniya millisinə heç kim çağırılmayıb. 

İnamsız başladı, Rumıniya təmsilçisinin "dərsini verdi" 

"Şkendiya" cari ÇL mövsümünə 1-ci təsnifat mərhələsindən başlayıb. "Qara-qırmızılar" startda Uelsin TNS kollektivi ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu mərhələni çətinliklə adlaya bilib. Beqirinin yetirmələri səfərdə qolsuz heç-heçəyə razılaşdığı rəqibi ilə evdəki görüşün əsas vaxtında 1:1-ə razılaşıb. Ancaq əlavə vaxtın başa çatmasına 4 dəqiqə qalmış avtoqola sevinən Şimali Makedoniya çempionu mərhələ adlaya bilib.
İkinci mərhələdə Rumıniyanın adlı-sanlı FCSB (əvvəlki adı "Styaua") komandasına rəqib olan “Şkendiya” boyundan yuxarı tullanmağı bacardı. Özündən qat-qat güclü, imkanlı, özündənrazı rımınları hər iki görüşdə məğlub (1:0, 2:1) edərək cütün qalibi olan Şimali Makedoniya təmsilçisi Ağdam klubuna rəqib olub.

Azərbaycan klubları üçün uğursuz rəqib 

Statistika göstərir ki, “Şkendiya” Azərbaycan klubları üçün arzuolunmaz rəqib sayıla bilər. Hər halda, "Şkendiya"nın klublarımızla iki dəfə yolu kəsişib və bu komandaya qarşı keçirdiyimiz üç görüşün heç birində qələbə qazana bilməmişik. Mərhələ adlamaq isə ümumiyyətlə mümkün olmayıb. Hər ikisində cəhddə mərhələni adlayan tərəf "qara-qırmızılar" olub.
"Şkendiya" əvvəlcə 2016/17 mövsümündə UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşıb. Şimali Makedoniya komandası o vaxt Vəli Qasımovun baş məşqçisi olduğu "ağ-qaralar"ı mübarizədən kənarlaşıb. Doğma azarkeşləri önündə qolsuz sülhlə (0:0) kifayətlənən bakılılar səfərdə 0:1 hesabı ilə uduzub. "Şkendiya"ya qələbə qazandıran yeganə qolun müəllifi bir qədər əvvəl haqqında bəhs etdiyimiz, hələ də komandanın əsas vuran ayağı olan Besart İbraimi olub.


İkinci dəfə isə 2020/21 mövsümündə bu dəfə “Sumqayıt” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşıb. Pandemiya səbəbindən yalnız bir oyundan ibarət olan görüşdə şimali makedoniyalılar 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu penaltidən vuran rəqibin heyətində bizimkilərə qarşı amansız olan Besart İbrahimi və Lyupço Doriev fərqləniblər. 

"Qarabağ" tilsimi qıra bilər

İndi isə “Qarabağ” bu uğursuz seriyaya son qoymağa çalışacaq. Komandamızın gedişatı dəyişmək və bu rəqibə qarşı ilk qələbəmizi qazanmaq üçün əlində real fürsət var. Əslində, "köhlən atlar" avrokuboklarda bu ölkə təmsilçilərinə qarşı heç vaxt çətinlik çəkməyib. Ağdamlıların Şimali Makedoniya komandaları ilə indiyə qədər 3 dəfə yolu kəsişib. 2010/11 mövsümündə UEFA Avropa Liqasının 1-ci mərhələsində "Metallurq"a rəqib olan "Qarabağ" evdə 4:1 qalib gəlib, səfərdə isə 1:1 oynayıb və mərhələni adlayıb. Həmin tsikldə pley-offa qədər irəliləsək də, "Borussiya Dortmund" qrupa düşməyimizə imkan verməyib.
Üç il sonra "Metallurq" yenə eyni turnirdə və eyni mərhələdə "Qarabağ"a rəqib olub. Bu dəfə hər iki görüşdə qələbə (1:0, 1:0) qazanmaq mümkün olub. Maraqlıdır ki, bu dəfə də pley-offda alman ("Ayntraxt Frankfurt") səddində ilişmişik. 
2020/21 avrokubok mövsümündə isə "Qarabağ" ÇL-də Şimali Makdoniya çempionu "Sileks"lə qarşılaşıb. Məlum səbəbdən bir oyundan ibarət olan görüşdə təmsilçimiz darmadağın reallaşdırıb - 4:0. İkinci mərhələdə "Şerif"i mübarizədən kənarlaşdıran "Qarabağ" üçüncü mərhələdə "Mölde"yə penalti seriyasında uduzub. Nəticədə AL-in pley-offunda oynamalı olan "köhlən atlar" Polşa "Legiya"sını məğlub edərək qrupa vəsiqə qazanıb. 
"Qarabağ" "Şkendiya" səddini keçməklə Avropa Liqasının qrupunu təmin etmiş olacaq. Üstəlik, komanda ÇL-in pley-offuna vəsiqə qazanacaq ki, bu da tarixində 2-ci dəfə qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə şansına daha bir addım yaxınlaşmaq deməkdir.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X