
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başlayır.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ" da ilk oyun günündə növbəti sınağına çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. "Köhlən atlar" bu rəqibi ilə ilk oyununu səfərdə keçirəcək. Skopyedəki “Todor Proyeski” stadionunda baş tutacaq görüş İvan Kruzliakın başçılıq etdiyi slovakiyalı hakimlər briqadasına etibar olunub. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Tərəflər arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" "Şkendiya" səddini adlasa, pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütün qalibi ilə qarşılaşacaq. Uduzan tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00 “Şkendiya” – “Qarabağ”
Hakimlər: İvan Kruzliak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (hamısı Slovakiya).
Skopye. “Todor Proeski” stadionu.