
Yoldaşlıq matçları çərçivəsində dünən baş tutan “Rio Ave” – “Əl Nəsr” oyununda Kriştianu Ronaldu yenidən səhnəyə çıxıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı superulduz qarşılaşmada het-trik edərək komandasına qələbə qazandırıb.
Matçın 44-cü dəqiqəsində hesabı açan Ronaldu 63-cü dəqiqədə ikinci qolunu vurub. Oyunun 68-ci dəqiqəsində isə penalti zərbəsini dəqiq yerinə yetirərək het-trikini rəsmiləşdirib.
Qeyd edək ki, görüş "Əl Nəsr"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Kamil Xudiyev