14:03 13.08.2025 1428

"Qarabağ" 3 il əvvəl qarşılaşdığı rəqibə qarşı - "Ferentsvaroş"u yaxından tanıyaq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sını ümumi hesabda üstələyən (1:0, 5:1) "Qarabağ"ın növbəti mərhələdəki rəqibi Macarıstanın "Ferentsvaroş" klubu olacaq.

Beləliklə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sözügedən rəqiblə son üç il ərzində ikinci dəfə üz-üzə gələcək. Komandalar arasındakı ilk duel 2022-ci ildə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə təsadüf edib. Həmin vaxt Bakıda 1:1 hesablı heç-heçə qeydə alınsa da, “Qarabağ” səfərdə rəqibini 3:1 yenərək iki oyunun nəticəsinə əsasən pley-offa adlayıb. 

Fanat.Az "köhlən atlar"ın ÇL-dəki rəqibi barədə bəzi vacib məlumatları təqdim edir:

"Ferentsvaroş" Macarıstanın paytaxtı Budapeşti təmsil edir. 2006-cı ildə ölkənin fəxri komandası seçilib. 

Yarandığı gündən bəri 36 dəfə Macarıstan çempionu, 24 dəfə ölkə kubokunun qalibi olaraq rekord müəyyənləşdirib. Avropa kubokunu qazanan yeganə Macarıstan komandasıdır. Qızıl topun yeganə macar qalibi Florian Albert bütün karyerasını bu klubun heyətində keçirib.

Komanda ev oyunlarını 22600 tamaşaçı tutumuna malik "Groupama Arena"da keçirir.



Macarıstanda klubun qısaldılmış adı daha geniş yayılmışdır - "Fradi". "Ferentsvaroş"un əsası 1899-cu ildə Budapeşt sakinləri tərəfindən qoyulub. Klubun adı onun ilk prezidenti Ferents Şpingerlə bağlıdır. 

Komandanın hazırkı baş məşqçisi İrlandiya millisinin sabiq hücumçusu Robbi Kindir. Ötən mövsüm klubu Macarıstan çempionu edən və ölkə kubokunun finalına çıxaran Kin "Ferentsvaroş"un ev oyunlarında 3-5-2, səfərdə 4-2-3-1 taktiki sxemlərinə üstünlük verir. 



Ötən mövsüm komandanın ən məhsuldar futbolçusu Barnabas Varqa olub - 21 qol. Komandanın 30 yaşlı qol silahı bu mövsümə də əla başlayıb. O, 7 oyunda 6 qol vurub (4 ÇL, 2 - çempionat). "Ferentsvaroş"un ikinci bombardiri, "Neftçi"nin sabiq braziliyalısı Mateus Saldanya isə bu yay komandadan ayrılıb. O, 36 oyunda meydana çıxaraq 14 qola imza atıb. 

Hazırda Macarıstan klubunun aparıcı futbolçuları hücumçu Barqa ilə yanaşı, yarımmüdafiəçilər Bense Otvös və digər forvard Jombor Qruberdir. "Qarabağ"ın sabiq futbolçusu Julio Romao və İngiltərənin "Liverpul" klubu ilə titullar qazanmış Nabi Keyta da bu komandada çıxış edir. Braziliyalı Kadi Borges məhz "ağ-yaşıllar"dan "köhlən atlar"a qayıdıb.

Ötən il UEFA Çempionlar Liqasını 3-cü təsnifat mərhələsində tərk edən "Ferentsvaroş" Avropa Liqasının Liqa mərhələsində 17-ci yeri tutaraq pley-offa adlayıb. Burada isə Çexiyanın "Viktoriya Plzen" komandasına ümumi hesabda uduzublar - 1:0, 0:3. 

Bu mövsümə gəlincə, ikinci mərhələdən mübarizəyə başlayan rəqibin UEFA Çempionlar Liqasında keçirdiyi oynların nəticələri belədir: 

2-ci təsnifat mərhələsi

Noah (Ermənistan) - Ferentsvaroş 1:2 
Ferentsvaroş - Noah 4:3

3-cü təsnifat mərhələsi

Ludoqorets (Bolqarıstan) - Ferentsvaroş 0:0
Ferentsvaroş - Ludoqorets 3:0

Macarıstan çempionatı UEFA-nın əmsalına görə hazırda 24-cü pillədədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Premyer Liqası bu siyahıda 28-ci yerdə qərarlaşıb.

"Qarabağ"la oyundan öncə "Ferentsvaroş" 16 avqust tarixində ölkə çempionatı çərçivəsində "Puşkaş Akademiya"sına qarşı oynayacaq. 

"Köhlən atlar"a qarşı ilk oyun isə 19 avqust saat 23:00-da Budapeştdə, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X