23:28 16.08.2025 470

"Futbolçularımın göstərdiyi oyundan tam razıyam"-Samir Abasov

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 1-ci turunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Rza Cəfərovun oyunçular siyahısında olmamasının səbəbi nədir? 

- Rza iki gün bundan öncə məşqdə zədə aldı. Ona görə də bu gün yox idi. 

- Komandanın oyununda yeniliklər olacaq? "Neftçi"nin sanki ötən mövsüm qaldığı yerdən davam edir. 

- Bu qədər dəyişiklik keçirən komanda üçün, əlbəttə, çətin olacaq. Amma buna baxmayaraq, futbolçularımın göstərdiyi oyundan tam razıyam. Sona kimi qalib gəlmək istəyirdilər. Matçın sonuna kimi vuruşurdular və çalışırdılar nəyisə etsinlər. İkinci hissədə rəqib müdafiəyə üstünlük verdi. Bundan sonra da bizim bir neçə fürsətlərimiz oldu. Düşünürəm ki, futbolçularım yaxşı oyun göstərdilər. Amma birinci oyunun və yeni gəlmiş oyunçuların çətinliyini anlamalıyıq. Bu, adaptasiya deyil, sadəcə bir-biriləri ilə oynamayıblar və tam anlamırlar. Bunun üçün oyunlar lazımdır. Düşünürəm ki, bu cür oyunlarla və qələbələrlə biz daha da yaxşı olacağıq. Buna əminəm. Bu gün göstərdikləri oyun, əzm və qələbə istəyi bunu göstərdi. Bunun üçün futbolçularımıza təşəkkür edirəm. 

- Nədən narazı qaldınız?

- Narazı qaldığım məqam yoxdur. Ola bilər ki, mütəxəssislər və ya azarkeşlər bu görüşü analiz etdikdə hansısa futbolçunun oyundan qopduğunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından... Əfsuslar olsun ki, sağ və sol vingerlərin məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı oyuna bir cür hazırlaşırsan, amma 2-3 oyunçunun birdən heyətdə olmaması planları pozur. Digər məsələlərdə isə heç kəsə narazılıq yoxdur. 

- Kenan Piriçin qol buraxdığı epizoda görə irad bildirdiniz?

- Düşünürəm ki, oyundan sonra uyğun vaxt deyil ki, irad bildirəsən. Bunun vaxt, təhlillər və köməkçilərim var. O, təcrübəli futbolçudur. Özü yaxşı və pisi bilir. 

- Bir neçə gün əvvəl demişdişdiniz ki, hansı boşluqlar olduğunu desəm, menecerlər təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?

- Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım. Birinci oyun idi və istək var idi. 

- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur. Rzanın "Neftçi"dəki gələcəyi ilə bağlı fikirləriniz nədir?

- Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var. "Neftçi" üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Xatırlayırsınızsa, bu komandaya gələndə dedim ki, kapitan məsələsi ilə bağlı nə qədər söz-söhbət var idi. Rzanı təyin etdim, bu söhbətlər sakitləşsin və təzyiq götürülsün. Kapitan məsələsi bir kənara qoyulmasını, futbolumuzun danışılmasını istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. İndi "Neftçi"nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydandan kənar etdiyi işlərdən çox şey asılıdır. Bəzən olur ki, oyunçu meydana çıxmır, amma vitse-kapitan olur. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza isə digər futbolçular kimi bizim üçün dəyərlidir. 

- İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?

- İnşallah, edəcək. Məqsəd qoymuşuq. Avrokuboklarda oynamaq istəyirik. Bizim artıq beynimizdə sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyiniz hallar baş verir ki, sıradan çıxır bəzi oyunçular. Xeyrini də görəcəyik.

- Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yox idi iştirak ərizəsində. Bu, onu göstərir ki, onları gözdən çıxarmısınız?

- Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan verəcəyik. Onlarla və digərləri ilə gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda məlumat çıxacaq.

- "Neftçi" büdcə və heyəti baxımından "Şamaxı"dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit "Qarabağ" var. İddialıların da sayı çoxalıb. Sizcə, "Şamaxı" ilə heç-heçəyə razılaşan "Neftçi" digər güclülərlə bacaracaq? Gücünüz var?

- Əlbəttə, müqavimət göstərməyə gücümüz, yaxşı komandamız var. Futbolçuları qələbə əzmi ilə meydana çıxırlar. Birinci oyundur. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək. 

- İkinci hissədə topa nəzarət "Neftçi"də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsınız?

- Çempionatın əvvəlində hansısa problem üzə çıxırsa, dərhal hansısa oyunçunu gətirməliyik deyə, bir şey yoxdur. Bu problemlər sezildi. Amma çox sıx oynayan komandaya qarşı yenə də epizod yaratdıq. Qola çevirmək lazım idi. Çalışacağıq ki, bunları da düzəldək. Biz ilk hissədə yaratdığımız fürsətlərdən fərqlənsəydik, fikrimcə, oyun tam başqa məcrada keçəcəkdi. Amma olan oldu. Növbəti oyunlara hazırlaşacağıq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X