
“Real Madrid”in gənc hücumçusu Rodriqo Qoes komandanın son oyunlarında əsas heyətdə yer almaqda çətinlik çəkir.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu "Osasuna" ilə keçirilən matçda forma şansı qazanmayıb.
Xabi Alonsonun rəhbərliyi altında keçirdikləri 8 qarşılaşmanın yalnız 1-də start heyətində meydana çıxan Rodriqo son dönəmdə ehtiyatda qalması ilə gündəmə gəlib.
Məlumata görə, cənubi amerikalı ilə “Mançester Siti” ciddi maraqlanır. İngiltərə klubunun hücum xəttini gücləndirmək üçün Rodriqoya təklif göndərəcəyi bildirilir.
İspaniya mətbuatı yazır ki, futbolçu artıq İngiltərədə ev axtarmağa başlayıb.
Kamil Xudiyev