
Okan Burukun rəhbərliyi altında “Qalatasaray” inanılmaz seriyalarla gündəmə damğa vurur.
Fanat.Az xəbər verir ki, komanda klub tarixində ilk dəfə olaraq liqaya 3 oyunda 3 qələbə və 0 qol buraxmaqla başlayıb.
Bununla bitmir: İstanbul nəhəngi Super Liqada son 21 səfər oyununda 20 qələbə və 1 heç-heçə ilə praktiki olaraq rəqiblərinə meydan oxuyub.
Daha bir möhtəşəm statistika – “Qalatasaray” Trendyol Super Liqada son 7 oyunda qapısından top buraxmayıb.
Okan Burukun komandası hazırda həm hücum, həm də müdafiə xəttində mükəmməl balansı ilə rəqiblərinə “gözdağı” verir.
Bu performansla “aslanlar” həm tarix yazır, həm də rəqiblərinə çətin günlər vəd edir.
Kamil Xudiyev