
UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri başlayır.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk qalibi bu gün bəlli olacaq.
Latviyada baş tutan ilk pley-off matçında "Riqa" Çexiya "Sparta"sını qonaq edəcək. Tərəflər arasında ötən həftə baş tutan ilk görüş praqalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin qalan görüşləri sabah keçiriləcək.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
20:45. "Riqa" (Latviya) – "Sparta" (Çexiya)
İlk oyun - 0:2.