20:11 14.09.2025 483

"İşimizin öhdəsindən gəldik" -Ayxan Abbasov

"Şamaxı" Misli Premyer Liqasının 4-cü turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün önəmli oyun idi. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. İlk qələbəmizi qazandıq. Hər xal önəmlidir. İşimizin öhdəsindən gəldik. "Karvan-Yevlax"ın əvvəlki oyunlarına baxmışıq. Çox yaxşı mübarizə aparıblar. İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımızın potensialı var. Milli fasilədən səmərəli istifadə etdik. Sevindirici haldır ki, ikinci hissədə meydanda gənc oyunçuların sayı çoxaldı. Burada qazanan milli komanda olacaq. Çempionat daha da sərtləşir. Növbəti oyunlara hazırlaşacağıq.

- Gənc oyunçuların performansı sizi qane etdi?

- Əlbəttə hazırda onlardan yüz faiz razı deyilik. Emil Süleymanov artıq bizim əsas oyunçumuzdur. Oruc Məmmədov da formasını bərpa edib. Həm millidə, həm də klubda yaxşı oynadı. Rüfət Abbasov daim əsas heyətdə çıxış edir. Edqar Adilxanov əməliyyat olunacaq. Təxminən 3 həftə bizimlə olmayacaq. Milli komandada zədələnib. Sənan Muradlı 2006-cı il təvəllüdlüdür. Gələcəyi hələ qarşıdadır. Nihat Mehralıyevin Premyer Liqada ilk oyunu idi. Onlara vaxt lazımdır. İnanıram ki, gələcəkdə hamısı bizə xeyir verəcək.

- Qarşıda millinin Fransa ilə oyunu var. Bu, "Şamaxı"dakı işinizə təsir etməyəcək?

- Bu suala cavab verə bilmərəm. Çünki mən U-21 millisinin baş məşqçisiyəm. Bir oyunluq əsas milliyə kömək etdim. Hazırda mənim bütün fikrim "Şamaxı" və U-21-in qarşıdakı iki oyunundadır.

- Təklif olsa, əsas millidə davam edəcəksiz?

- Bu təklif müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq çox mövzular var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Yəqin ki, federasiyanın vaxtı var. Yaxşı düşünəcəklər. Çünki qərar düz olmalıdır. Gələn məşqçi tək bu oyunları yox, gələn ili də düşünməlidir. Bu, böyük mövzudur. Biz federasiyasının məşqçisiyik. Ehtiyac varsa, canla-başla hazırıq. İnanırlarsa, fikir mübadiləsi aparmaq olar.

- Fernandu Santuşun qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Sizcə, bu realdır?

- Millimizdə potensial var. Püşkdən, sistemdən asılıdır. Futbolda hər şey olur. Bu gün bizim futbolçular "Qarabağ"la Çempionlar Liqasında iştirak edir. İnanmaq lazımdır. Bu, bir günün işi deyil. Bir sistemlə çalışsaq, nələrəsə nail olmaq olar. Deyə bilərlər ki, sizin U-21 milliniz də 0:5 uduzub. Amma oyuna baxmaq lazımdır. Futbolçular Portuqaliyaya qarşı çəkinmədən mübarizə apardılar. Məğlubiyyətlər də, böyük hesablar da olacaq. Moldova Norveçə 1:11 hesabı ilə məğlub olur. Türkiyənin İspaniya ilə matçını (0:6) gördük. Heç kim bundan sığortalanmayıb. Biz onlardan böyük komanda deyilik ki.

- Milli üçün baş məşqçi postuna əcnəbi namizədlərin adları hallanır. Bu, sizə necə təsir edir?

- Bu dəqiqə ora köklənməmişəm. İlk növbədə inam lazımdır. Bəlkə də gün yarım ərzində vaxtımız az idi. Amma köməkçilərim, futbolçular çox böyük iş gördülər. Millinin yeni baş məşqçisinin kim olacağı mənə təsir etməyəcək. Çünki mənim işim var. Əgər bir fikir olsa, geniş müzakirə olunmalıdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:10

KL: "Neftçi" "Dinamo Minsk"i qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X