
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində ilk sınağına çıxıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfika"nın gəncləri ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibinə müqavimətsiz təslim olub. Hələ ilk yarısında qapısında 6 qol görən ağdamlılar matçdan 1:7 məğlub ayrılıblar. "Qarabağ"ın təsəlli qoluna sona 5 dəqiqə qalmış Əli Qazıbəyov imza atıb.
Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
"Benfika" U-19 (Portuqaliya) - "Qarabağ" U-19 (Azərbaycan) 7:1
Qollar: Fiqueyredo 6. Moreyra, 15; 17; 26; 38-pen. Fransisko, 20. Manuel, 61 - Əli Qazıbəyov, 85.
Hakimlər: Ceymi Robinson, Adam Ceffri, Brayan Uilson (Şimali İrlandiya), Dioqu Roşa (Portuqaliya).
Seixal. "Futebol Campus".
"Qarabağ" oyuna bu "11-lik"lə çıxıb: 1. Teymur Həsənov, 6. Həbib Qədimov, 13. Rəvan Teymurov, 23. Rəşad Alışov, 3. Amin Rzayev, 5. Əbdüləziz Cabbarlı, 21. Hikmət Cəbrayılzadə (k), 8. Əli Qazıbəyov, 7. Əhməd Vəliyev, 9. Əli İbrahim, 11. Əli Əliyev.