
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsi başlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da ilk oyun günündə tarix yazıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Benfika" ilə üz-üzə gəlib. Təmsilçimiz paytaxt Lissabondakı "Da Luj" stadionunda bu mövsüm avrokuboklarda qapısında qol görməyən "Benfika" ilə dueldə inanılmaz geridönüşlə yadda qalaraq qələbə qazanıb. Bu, daha öncə 2017/18 mövsümündə ÇL-in qrupunda oynamış Ağdam təmsilçisinin qitənin ən mötəbər klub turnirində ilk zəfəri olub.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
"Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:3
Qol: Barreneçea, 6. Pavlidis, 16. - Leandro Andrade, 30. Kamilo Duran, 48. Aleksey Kaşuk, 86.
Hakimlər: Erik Lambrexts, Co De Vayrdt, Kevin Monteni, Natan Verbumen
Lissabon. "Da Luj" stadionu
"Benfika": 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k)
Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste
"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt