
İspaniyanın La Liqa klublarından olan "Real Betis" qış transfer pəncərəsi üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, Sevilya təmsilçisi Qonzalo Qarsiyanı heyətinə qatmaq üçün yaxın günlərdə rəsmi addım atacaq.
Klub rəhbərliyi futbolçunun nümayəndələri ilə danışıqlara başlamağa hazırlaşır.
Qarsiyanın "Real Madrid" ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır və "Betis" bu fürsətdən istifadə edərək oyunçunu aşağı transfer məbləği ilə əldə etmək niyyətindədir.
Klub rəhbərliyi oyunçunun yaradıcılığı və çevikliyinə görə onu Manuel Pelleqrinin sisteminə uyğun hesab edir.
Kamil Xudiyev