
Bu gün Azərbaycan I Liqasında 5-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun açılış günündə 1 qarşılaşma baş tutacaq.
Günün yeganə qarşılaşmasında çempionluğa iddialı "Səbail" ilə "Zaqatala" üz-üzə gələcək. "ASCO Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Dörd turdan sonra hesabında 10 xal olan "Səbail" 2-ci pillədə qərarlaşıb və liderdən 2 xal geri qalır. "Zaqatala"nın isə 7 xalı var və 5-ci yerdədir. Mümkün qələbə Elvin Məmmədovun komandasını azı iki gün zirvədə saxlayacaq. Əks halda, bölgə təmsilçisi xallarını "dənizçilər"lə eyniləşdirəcək.
Azərbaycan I Liqası
V tur
15 oktyabr
16.00. “Səbail” – “Zaqatala”
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bayıl. “ASCO Arena”.