20:33 17.10.2025 716

"Təsəlli ediləsi bir şey yoxdur" - Ayxan Abbasov

"Şamaxı" Misli Premyer Liqasının 8-ci turunda öz meydanında "Kəpəz"ə 1:4 hesabı ilə uduzub.

Fanat.Az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Üzücü məğlubiyyət oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Rəqibi təbrik edirəm. Çempionatda belə oyunlar olur, səndə heç alınmır, hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün həmin matçlardan idi. Oyuna yaxşı başlasaq da, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik. Matçın qırılma anı Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizod idi. Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başımıza gəlib. Zədəlilər var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Komanda olaraq toparlanmağa ehtiyacımız var.

- Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiniz?

- Şuaybunun günahı böyükdür. Təsəlli ediləsi bir şey yoxdur. Futbolçuları belə epizodlara hazırlamışdım. "Kəpəz"in oyunçuları var ki, rəqib hücumçuları özündən çıxarmağı bacarır. Onlardan biri Dioqo Verdaşkadır. Belə qırmızı vərəqələri bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də özünü keçmiş komandasına göstərmək istəyir.

- "Şamaxı" "Kəpəz"ə nədə məğlub oldu?

- Bu gün rəqibdə hər şey alındı. Bizdən istəkli olduqlarını da demək lazımdır. İlk 20 dəqiqədə oynadığımız oyunu saxlamaq lazım idi. Qol da vurmuşduq. Bu gün əlbəttə, rəqib bizdən üstün idi.

- Sizin iki həftə milli komandada olmağınızın təsiri ola bilər?

- Ötən ay millidən qayıdandan sonra ən yaxşı oyunumuzu oynamışdıq, "Karvan-Yevlax"a qalib gəldik. Mənim olub-olmamağımın məğlubiyyətə təsiri yoxdur. Bəzi futbolçular olmayanda oyunumuzun keyfiyyəti aşağı düşür. İrəli baxmaq lazımdır.

- İki həftə ərzində üç məğlubiyyət mental olaraq sizə necə təsir edir?

- Əlbəttə, çətindir. Məğlubiyyətlərdən sonra daha güclü olmalısan. Neçə ildir Premyer Liqadayam. Ardıcıl məğlubiyyətlər də, qələbələr də olub. Bu dəqiqə biz futbolçularda özünəinam yaratmalıyıq. Bilirik ki, nə üçün vuruşuruq. Bəli, bizə uyğun rəqiblərlə matçlarda məğlubiyyət qəbuledilməzdir. Amma futbolda hər şey olur.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

12:46

Leau "Milan" azarkeşləri ilə vidalaşdı: "Mən klub tarixinin bir hissəsi olaraq qalacağam"

12:10

Cengiz Ünderin yeni klubu bəlli oldu - RƏSMİ

11:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:20

"Neftçi"dən ayrılan Abubakarın yeni klubu bəlli oldu - RƏSMİ

10:38

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:07

“Sabahın Ulduzları": "Qarabağ", "Qəbələ" və "Sumqayıt" 3 xalı 5 qolla qazandı - Nəticələr/Fotolar

09:41

Hiddink UEFA prezidentinə cavab verdi: "Dünya 10-15 il əvvəl daha yaxşı bir yer idi"

09:00

MPL: "Şamaxı" "Qəbələ" ilə qarşılaşır, "Şəfa" "İmişli" ilə üz-üzə

01:58

La Liqa: "Alaves"ə 1 qol bəs etdi

01:39

Liqa 1: PSJ məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

01:21

Premyer Liqa: "Mançester Siti" səfərdən 3 xalla dönür

01:09

A Seriyası: "Milan" "Venesiya"nı məğlub etdi

00:49

Bundesliqa: "Bayern" darmadağına sevindi

28 Avqust 2026
23:44

Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə üz-üzə gələcək

23:12

Emeri ilə görüşdü, "Aston Villa"ya "hə" deyə bilər

22:48

Markus Reşford Türkiyəyə gəlir?

22:09

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X