19:37 02.11.2025 421

Kurban Berdiyev: "Biz qələbəyə daha layiq idik"

"Təxmin etdiyimiz kimi, ağır oyun oldu. "Şamaxı" bu mövsüm üçün kifayət qədər güclənib. Yaxşı futbolçulara malikdirlər. Oyunlar keçdikcə, gücləri daha da artır. İkinci hissədə biz daha bütöv oyun nümayiş etdirdik. Qələbəyə layiq idik".

Fanat.Az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 10-cu turunun "Şamaxı" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissənin bu qədər sönük keçməsini nə ilə əlaqələndirirsiz?

Həyəcan var idi. Uzun müddətdən sonra öz azarkeşlərimiz qarşısında oynayırdıq. Məşqdə də hiss edilirdi. İkinci hissədə biz daha bütöv oyun göstərdik. Bir az sakitləşmişdilər.

- Stadionun qazonu ilə bağlı fikriniz necədir? Düşünürdüz ki, bəlkə bir müddət sonra oynayardınız?

Qazonla bağlı hər şey aydındır, özünüz hər şeyi görürsüz. Oyunla bağlı danışaq.

- "Turan Tovuz" hazırda liderdir. Milliyə yalnız Faiq Hacıyev cəlb edilir. Artıq o da start heyətində yer almır. Bu sizi qayğılandırır?

Təkcə Faiqə yox, digərlərinə də aiddir, kim güclüdürsə, o da oynayır.

- Ayxan Abbasov bildirdi ki, hər iki komanda bir xala layiq idi. Siz necə düşünürsüz?

İkinci hissədə biz daha üstün oynadıq. Daha çox qol epizodlarımız var idi. Biz qələbəyə daha layiq idik.

- Müdafiə xəttinin çıxışından, xüsusilə də Emmanuel Hakmandan razı qaldınız?

Hakman heç vaxt olmadığı qədər həyəcanlı idi. Əsasən də ilk hissədə sadə səhvlərə yol verirdi. İkinci hissədə daha rahat və daha yaxşı oynadı.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2026
22:54

"Trabzonspor" onun üçün 50 milyon avro istəyir

22:13

"Real Madrid" gənc ulduzun izinə düşdü

21:49

Harri Keyn "Barselona"ya gəlməkdən imtina etdi

21:26

Markus Reşford London yolunda?

20:52

"Çelsi" müdafiə xəttini gücləndirir

20:21

Roberto De Zerbi "Liverpul"un ulduzunu istəyir

19:57

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:12

Futbolçular TFF prezidentinin villalarını rədd etdi

18:55

Qattuzonun yeni iş yeri rəsmən açıqlandı

18:12

"Barselona"nın vingeri digər Avropa nəhənginə keçə bilər

17:45

DÇ-2026-da dubl edən forvard Fransa klubunda qalmaq istəmir

17:26

Tramp final oyununa qədər yalnız bu halda DÇ matçını tribunadan izləyə bilər

17:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:04

Doku Belçika millisindən təcili ayrılıb Londona uçdu - SƏBƏB

16:45

"Zirə" yeni transfer reallaşdırdı - RƏSMİ

16:26

"Bu, Messidir və o..." - Ralf Ranqnikdən yenilgi şərhi

16:08

Eltun Yaqublu "Zirə"yə qayıtdı - RƏSMİ

15:50

Riyad Mahrez DÇ-lərin tarixinə düşdü

15:27

"Kəpəz" Azər Məmmədova tapşırıldı - RƏSMİ

15:13

"Səbail"in məşqçisi Premyer Liqa klubu ilə anlaşdı

14:55

"Araz-Naxçıvan" "Real"ın yetirməsini transfer etdi - RƏSMİ

14:40

Seneqalla oyunda dubla imza atdı, matçın ən yaxşı futbolçusu seçildi

14:21

"Turan Tovuz" milli üzvü ilə vidalaşdı - RƏSMİ

14:03

"Təcrübəsizlik bu məğlubiyyəti şərtləndirən əsas amil oldu" - Camal Sellami

13:44

"Qarabağ"dan Avropaya növbəti böyük transfer: 2,2 milyon avro

13:24

Qrasias, Messi

13:06

İordaniya - Əlcəzair duelinin ən yaxşı futbolçusu bəlli oldu

12:48

"Oyunçularımız hələ heç nəyin bitmədiyinin fərqindədirlər" - Seneqal yığmasının çalışdırıcısı

12:30

Kloze Messinin onun rekordunu qırmasına necə reaksiya verdi? - Açıqlama

12:06

"6-7 oyunçumuzun ayağında qıcolma yaranmışdı" - Norveç millisinin baş məşqçisi

11:27

"Top Messidə olanda, bütün komanda işə düşür" - Skaloni

11:08

Mbappe yenə dubl etdi, mukafat aldı

10:50

Zidanın oğlu psixoloqa üz tutdu

10:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:09

DÇ-2026: Portuqaliya Özbəkistanı sınağa çəkir, İngiltərə Qana ilə üz-üzə

09:48

Deşam bu oyunu Fransa üçün həlledici adlandırdı

09:25

Messidən DÇ-dəki möhtəşəm rekordla bağlı təvazökar paylaşım

09:00

DÇ-2026: Mbappe ilə Holandın dublu komandalarına qələbə qazandırdı, Əlcəzair geridönüşü bacardı

03:11

İlham Yadullayevlə bağlı yekun qərar bilindi

01:32

Arda Mourinyunun gözünə girmək üçün nə edəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X