
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı ilə növbəti dəfə büdcəsini artırıb.
Fanat.Az-ın hesablamasına görə, Ağdam klubu ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərənin "Çelsi" klubu ilə heç-heçə edərək (2:2) 700 min avro (təxminən 1,37 milyon manat) qazanc əldə edib.
İlk turda Portuqaliyada "Benfika" üzərində 3:2, ikinci turda isə Bakıda Danimarka "Kopenhagen"i üzərində 2:0 hesablı qələbələrdən sonra ümumilikdə 4,2 milyon avro gəlir əldə edən "köhlən atlar"ın 4 oyundan ümumi gəliri 4,9 milyona (təxminən 9,57 milyon manata) çatıb.
Ağdam təmsilçisinin ümumilikdə cari mövsüm ÇL-dən qazandığı məbləğ isə 28,67 milyon avrodur (təxminən 56 milyon manat). Bunun 18,62 milyonu Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə yüksəlməyə, 4,90-u Liqa mərhələsində, daha 5,15 milyonu isə təsnifat mərhələlərindəki nəticələrə görədir.
Mirağa