
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, 13-cü qrupunda yer alan komandamız ikinci oyununda Şimali İrlandiya ilə qarşılaşacaq.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunda qazaxıstanlı referi Sayat Karabayevin rəhbərlik etdiyi hakimlər iş başında olacaqlar.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına 1:6 hesabı ilə uduzub.
Avropa çempionatı
13-cü qrup
15 noyabr
17:30. Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Sayat Karabayev (Qazaxıstan).
Ta Qali. "Sentenari" stadionu.