
Bu gün Misli Premyer Liqasında 12-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, əvvəlcə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah” Masazırda “Şamaxı”nı qəbul edib. Oyun qolsuz bərabərliklə yekunlaşıb.
Matçdan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb:
"Çətin səfərdə yaxşı formada olan komandaya qarşı oynayırdıq. Bilirdik ki, rəqib son oyunlarda qələbələri ardıcıl olaraq sıralayır. Biz də bu oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularımızın göstərdiyi performans bizi sevindirdi. Təəssüflər olsun ki, epizodları dəyərləndirə bilmirik. Bunun üzərində dayanmadan çalışırıq. Bu gün oyun planımızdakı epizodlar alındı. Mühüm xal qazandıq. Hər xal bizim üçün vacibdir. Gələcəyə baxacağıq"/
Kamil Xudiyev