
Azərbaycan II Liqasında X turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha üç qarşılaşma baş tutacaq.
Turun mərkəzi qarşılaşması Şirvanda baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi şərikli lider "Qaradağ Lökbatan"ı qonaq edəcək.
Bundan başqa, "Şəmkir" "Göygöl" səfərinə yollanacaq, aşkar autsayder "Araz Saatlı" isə "Ağdaş"la qarşılaşacaq.
Qeyd edək ki, ötən gün keçirilən açılış oyununda "Quba" "Ağstafa Gəncləri"ni 4:2 hesabı ilə üstələyib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan II Liqası
X tur
24 noyabr
14:00. “Göygöl” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Tural Bayramov, Ağadur Mahmudov, Sənan Bayramzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Şirvan” – “Qaradağ Lökbatan”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əkbər Əliyev, Nəriman Ağayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Araz Saatlı” – “Ağdaş”
Hakimlər: Nahid Xasıyev, Sadiq Əliyev, Rizvan Süleymanov, Mahmud Bağırzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.
