
“Vest Hem Yunayted” Belçika təmsilçisi “Yunion Sen-Jiluaz”ın hücumçusu David Promisi transfer hədəfinə alıb.
Fanat.Az xəbər verir ki, məlumatı “365 Scores” yayıb.
Boyu 1.96 metr olan nigeriyalı forvard xüsusilə cari mövsüm Çempionlar Liqasında göstərdiyi performansla skautların diqqətini çəkib. Güclü fiziki mübarizəsi, cərimə meydanında düzgün mövqe seçimi və hava toplarındakı üstünlüyü “Vest Hem”in axtardığı hücumçu profilinə tam uyğun gəlir.
London klubunun qış pəncərəsində rəsmi addım atacağı gözlənilir.
Kamil Xudiyev