
"Fiorentina" bu mövsüm uğursuz çıxışla diqqət çəkir.
Fanat.Az xəbər verir ki, A Seriyasında indiyədək keçirdikləri 13 oyunda 6 heç-heçə və 7 məğlubiyyətlə yadda qalan komanda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Florensiya təmsilçisinin mövcud vəziyyəti fonunda hücumçu Edin Ceko "Atalanta"ya məğlubiyyətdən sonra azarkeşlərə səslənib. Bosniyalı forvard həftəiçi alınan yenilgidən sonra belə danışıb:
"Bərbad olduğumuzu söyləyə bilərsiniz, amma komandanın azarkeşlərin dəstəyinə ehtiyacı var. Hər səhv pasa fit çalmaq düzgün deyil".
Ceko həm komandanın psixoloji durumuna, həm də meydandakı atmosferə təsir edən faktorları vurğulayaraq, azarkeşləri dəstəyi artırmağa çağırıb.
Kamil Xudiyev