
Hücumçu Amil Yunanovun yeni klubunun adına aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şəfa"dan ayrılan 32 yaşlı forvard karyerasını I Liqanın digər təmsilçisi "Mingəçevir"də davam etdirəcək.
Onunla mövsümün sonuna qədər müddətə anlaşma əldə olunub.
Amil ötən mövsümün qış fasiləsində "Şəfa"ya keçmişdi.
Qeyd edək ki, hazırda 21 xalı olan "Mingəçevir" 1-ci Liqanın turnir cədvəlində 4-cü yerdədir.
Mirağa