
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti - sonuncu yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Əbu-Dabidədəki hazırlıq çərçivəsində Çinin "Çenqdu Ronqçenq" komandası ilə gücünü sınayacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək.
Yuri Vernudubun baş məşqçisi olduğu "Neftçi" ilk sınaq qarşılaşmasında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib, ikinci matçında "Piramids"lə (Misir) heç-heçə edib - 1:1.