
"Real Madrid" Fransanın PSJ klubunun müdafiəçisi Vilyam Paçonu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Mənbənin məlumatına görə, ekvadorlu milli üzvü ilə müqavilə imzalamaq ideyasını "kral klubu"nun yeni baş məşqçisi Alvaro Arbeloa irəli sürüb. "Real Madrid" bu transferi yayda reallaşdırmağa çalışır.
Paço 2024-cü ilin yayından bəri PSJ-də oynayır və "Ayntraxt Frankfurt"dan transfer olunub. 24 yaşlı müdafiəçinin hazırkı transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.
Ekvadorlu futbolçu bu mövsüm parislilərin heyətində 22 oyunda iştirak edib və 2 qol vurub.