
Mövsümün ikinci yarısına Azərbaycanda hazırlaşan Premyer Liqanın iki təmsilçisi bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, "Karvan-Yevlax" ilə "Kəpəz" Yevlaxda qarşılaşacaqlar.
Qarşılaşma saat 14:00-da start götürəcək.
Qeyd edək ki, bu, "Karvan-Yevlax"ın ilk sınaq görüşü olacaq. "Kəpəz" isə daha əvvəl yoxlama matçında "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.