
"Real Madrid"in keçmiş məşqçisi Xabi Alonso tezliklə məşqçilik karyerasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, o, İngiltərənin Premyer Liqa klublarından birinin baş məşqçisi olmağa yaxındır.
"The Independent" qəzetinin məlumatına görə, "Tottenhem" klubu ispaniyalı mütəxəssisin xidmətində maraqlıdır. London klubunun rəhbərliyi tezliklə Deyn Tomas Frankı istefaya göndərməyi və Alonsonu onun yerinə təyin etməyi planlaşdırır. Xabinin isə böhran içində olan və hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə qərarlaşan "Tottenhem"ə keçməyə tərəddüd etdiyi vurğulanıb.
Xatırladaq ki, Xabi Alonso 12 yanvarda 2025-ci ilin yayından bəri çalışdığı "Real Madrid"in baş məşqçisi vəzifəsindən ayrılıb.