
I Liqa təmsilçisi "Cəbrayıl" heyətini dörd futbolçu ilə gücləndirib.
Fanat.Az-ın məlumatına görə, onlardan biri Polşada çıxış edən həmyerlimiz Həsən Hüseyndir.
2020-ci ildən Polşada yaşayan 20 yaşlı yarımmüdafiəçi əvvəl “Drukaç”da, son olaraq isə IV liqa təmsilçisi “Mazur Karçzev”da forma geyib. “Sabah”ın yetirməsi olan Həsən artıq MOİK-lə baş tutan matçda (2:2) sonradan meydana çıxıb.
Cavid Hüseynovun "sükanı arxası"nda olduğu "Cəbrayıl"ın qış fasiləsində transfer etdiyi digər futbolçulara gəlincə, onlardan 2-si mövsümün ilk yarısını "Turan Tovuz"un əvəzedici komandasında keçirmiş U-21-in üzvləri Dinamin Bağırov və Hüseyn Hüseynov, digəri isə 22 yaşlı yarımmüdafiəçi Turqut Mustafazadədir. Sonuncu "Şəmkir"dən transfer olunub.
Qeyd edək ki, 13 oyunda 13 xal əldə edən "Cəbrayıl" hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Mirağa