
Fransanın "Renn" klubu uğursuz nəticələrə və komanda daxilində gərginlik yaratdığına görə baş məşqçisi Habib Beyeni istefaya göndərib.
Fanat.Az xəbər verir ki, Liqa 1 klubu ayrılığı sosial şəbəkə hesabı üzərindən elan edib.
Məlumatda Beyenin gedişi ilə ilə bağlı rəsmi prosedurlara başlanıldığı bildirilib. Köməkçilər son qərar verilənə qədər müvəqqəti olaraq komandaya rəhbərlik edəcəklər. Fransa mediası "Renn"i "Lans" və "Nitsa"nın keçmiş məşqçisi Frank Ezenin çalışdıracağını iddia edib.
Liqa 1-də 6-cı yeri tutmasına baxmayaraq, "Renn" son 4 oyunda uduzub və 12 qol buraxıb. Beyenin qapıçı Brays Samba da daxil olmaqla, bir neçə oyunçu ilə mübahisə etdiyi, hətta əlbəyaxa həddinə çatdığı bildirilir.